AZ

"AzInTelecom" dayanıqlı inkişaf və "yaşıl" texnologiyalara diqqəti artıracaq

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyətgöstərən "AzInTelecom" (Azerbaijan International Telecom) MMCBMT-nin dayanıqlı inkişaf üzrə Qlobal Sazişinə qoşulub.

Trend bubarədə "AzInTelecom"in rəhbəri Elxan Əzizovun sosial şəbəkədəkiməlumatına istinadən xəbər verir.

"Ekoloji, sosial və korporativ idarəetmədə (ESG) davamlıinkişafın təşviqini dəstəkləyirik. BMT-nin dayanıqlı inkişaf üzrəQlobal Sazişinin insan hüquqlarına riayət, korrupsiya ilə mübarizə,gender bərabərliyi, ətraf mühitin mühafizəsi ilə bağlı 10prinsipinə riayət etməyə çalışırıq", - deyə E.Əzizovvurğulayıb.

Onun sözlərinə görə, MMC öz fəaliyyətində "yaşıl"texnologiyaların populyarlaşmasına diqqətini artıracaq.

"2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili"elan edilməsini və Bakıda COP29 tədbirinin keçiriləcəyini nəzərəalaraq, MMC-miz ekologiya və "yaşıl" texnoloji həllərin inkişafınayüksək diqqət yetirəcək", - o deyib.

Qeyd edək ki, "AzInTelecom" MMC-nin fəaliyyəti bulud həlləri,Azərbaycan və digər ölkələr arasında beynəlxalq səs trafikininötürülməsi, informasiya təhlükəsizliyi üzrə xidmətlər və SİMArəqəmsal həllər platormasının fəaliyyətini əhatə edir.

"Şirkətin strategiyası insani dəyərlər, etibarlılıq,innovasiyalar, adaptivlik, şəffaflıq və məxfilik kimi əsasxüsusiyyətlər üzərində qurulub", - deyə "AzInTelecom" MMC-ninrəhbəri əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla