AZ

Kapitan qərarını verib – Yeni müqavilə bağlayacaq

Elvin Camalov karyerasını “Sabah”da davam etdirəcək.

Bu barədə məlumatı Sportinfo.az-a kapitanın özü verib.

29 yaşlı yarımmüdafiəçi klubla sözləşməsinin müddətinin mövsümün sonunda başa çatacağını deməklə yanaşı, rəhbərliklə bu barədə söhbət etdiklərini bildirib:

“Sabah”la müqaviləmin müddəti mövsümün sonuna qədərdir. Yəqin ki, yeni sözləşmə imzalayacağıq.

Hazırda bütün diqqətimi qarşıdakı oyunlara yönəltmişəm. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. İndiki vəziyyətdə müqavilə məsələsi ikinci dərəcəlidir.

Rəhbərliklə ilkin danışığımız olub. Görünən odur ki, karyeramı “Sabah”da davam etdirəcəyəm.

Peşəkar futbolçu karyerasına 2013-cü ildə “Qəbələ”də başlayan milli üzvü 2019-cu ilə qədər bölgə təmsilçisinin uğurları üçün tər töküb. 2019-2021-ci illərdə “Zirə”də oynayıb, son 3 ili “Sabah”da keçirib.

HƏBİB

Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla