AZ

Azərbaycan xaricdən xaricdən smartfon alışını - 45% ARTIRIB

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 61 milyon 158 min dollar dəyərində 222 min 384 ədəd smartfon idxal edib.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, idxal göstəriciləri məbləğ ifadəsində 17 milyon 894 min manat, yəni 41,4%, miqdar ifadəsi ilə 68 min 706 ədəd (44,7%) çoxdur.

Ötən ilin ilk iki ayında ölkəyə 43 milyon 264 min dollarlıq 153 min 678 ədəd smartfon gətirilib.

Bu da o deməkdir ki, 1 ədəd smartfonun idxal qiyməti təxminən 275 dollara (468 manat) başa gəlib.

Smartfonun orta idxal qiyməti son bir ildə 7 dollar (11 manat), başqa sözlə 2,3% ucuzlaşıb.

 Ötən ilin eyni dövründə orta idxal qiyməti iki ay üzrə 282 dollara (479 manat) başa gəlib. 

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla