AZ

Azərbaycan mövcud fikir ayrılıqlarının sülh yolu ilə həllinə tam sadiqdir - Elçin Əmirbəyov

Bakı. Trend:

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsiElçin Əmirbəyov BBC radiosuna müsahibə verib.

Trend xəbər verir ki, Elçin Əmirbəyov müsahibəsində ötən ilinsentyabrında Azərbaycanın Qarabağ və ətraf rayonlarının Ermənistantərəfindən qanunsuz işğalına son qoyduğunu deyib.

O bildirib ki, sülh üçün ən böyük maneə, yəni, ErmənistanınAzərbaycan ərazisində qeyri-qanuni hərbi mövcudluğu məsələsi özhəllini tapıb. E.Əmirbəyov, bununla da iki ölkə arasında sülhsazişi bağlamaq üçün real və unikal şansların olduğuna inandığınıdeyib. O, bildirib ki, iki ölkə heç vaxt sülhə bu qədər yaxınolmayıb.

E.Əmirbəyov Azərbaycan və Ermənistan arasında delimitasiyaprosesinin başlamağı haqqında da məlumat verib. Onun sözlərinəgörə, bu mövzuda vacib məqamlardan biri də odur ki, bu qərar heçbir üçüncü kənar tərəfin iştirakı olmadan Ermənistan vəAzərbaycanın birbaşa ikitərəfli iştirakı nəticəsində qəbuledilib.

“Ermənistan ilk dəfə olaraq torpaqlarımızın işğalına hərbiəməliyyatlar nəticəsində deyil, diplomatik yollarla son qoyub. Bu,Ermənistanın və onun Qərb havadarlarının irəli sürdüyü Azərbaycanınsülh prosesində qalan çətinlikləri güc yolu ilə həll etmək istədiyikimi iddialarının əsassız və yalan olduğunu sübut etdi. Biz sülhüntərəfdarıyıq ”, - deyə Elçin Əmirbəyov qeyd edib.

O, iki ölkə arasında mövcud olan bəzi məsələlərin həlledilməsinin də önəminə toxunub. Ermənistanın hazırkı milliqanunvericiliyində, o cümlədən konstitusiyasında QarabağınErmənistanın bir hissəsi kimi göstərildiyini, bunun da açıq şəkildəAzərbaycana qarşı ərazi iddiası olduğunu deyib: “Ermənistanınhazırkı milli qanunvericiliyi, o cümlədən onun konstitusiyasındaQarabağ Ermənistan ərazisi kimi göstərilir. Deməli, bu, doğrudanda, Azərbaycana qarşı ərazi iddiasıdır. İlk növbədə, hesab edirəmki, əgər biz Ermənistan və Azərbaycan arasında sülh sazişinin əsasıkimi ərazi bütövlüyünün qarşılıqlı tanınmasına ciddi yanaşırıqsa,Ermənistan bu məsələni həll etməlidir. Xüsusən də Ermənistanın başnaziri Nikol Paşinyanın bir çox hallarda Qarabağı Azərbaycanın birhissəsi kimi tanıdığını təsdiqləməsindən sonra…”.

Elçin Əmirbəyov Azərbaycanın mövcud fikir ayrılıqlarının sülhyolu ilə həllinə tam sadiqliyini bir daha təsdiqləyib. Azərbaycanıniki ölkə arasında danışıqların intensivləşdirilməsinin tərəfdarıolduğunu vurğulayıb.

“Biz, həmçinin Ermənistanı əmin etmək istərdik ki, sülh sazişinitəşkil edən əsas prinsiplər, yəni, bir-birinin ərazi bütövlüyünün,suverenliyinin və sərhədlərinin toxunulmazlığının tanınması həm dəAzərbaycanın üzərinə götürdüyü öhdəlikdir”, - deyə E.Əmirbəyovvurğulayıb.

O, Azərbaycan və Naxçıvan Muxtar Respublikası arasında quruəlaqəsinin Ermənistan tərəfindən blokadada olduğunu qeyd edib: “Buonu göstərir ki, üç il yarım əvvəl Ermənistanın baş naziriN.Paşinyan ikinci Qarabağ müharibəsinin başa çatması nəticəsindəÜçtərəfli Bəyannaməni imzalamaqla götürdüyü öhdəlikdən açıq şəkildəkənara çıxır”, - deyə Elçin Əmirbəyov bildirib.

O, davam edən sülh prosesini bəzi xarici dövlətlər tərəfindənpotensial olaraq qeyri-sabitləşdirmək, sülh perspektivlərini riskəatmaq və Cənubi Qafqazı geosiyasi rəqabət meydanına çevirmək üçüncəhdlər olduğunu da vurğulayıb: “Konkret olaraq, mən birtərəfliyardım və silahların çatdırılması yolu ilə Ermənistanın hərbipotensialını gücləndirmək üçün bəzi Qərb dövlətlərinin yenitəşəbbüslərini nəzərdə tuturam. Düşünürəm ki, bu qeyri-şəffafüsuldur. Bunlar sülh perspektivləri üçün yaxşı deyil, həm dətəhlükəsizlik baxımından bəzi mənfi nəticələr törədə bilər”.

Seçilən
17
5
Mənbələr
Şərh ()
Bağla