AZ

Yeni yaranmış 57 milyon manatlıq şirkət ləğv edilərək “Agro Food İnvestments”ə qoşulur

“Crop Agro” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinə xitam verilərək “Agro Food İnvestments” MMC-yə qoşulur.

Banker.az xəbər verir ki, “Agro Food İnvestments” Məhdud Məsuliyyətli Cəmiyyəti “Crop Agro” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.

“Azmade Group” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində “Crop Agro” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldığını elan etmişdir.

Xatırladaq ki, “Crop Agro” MMC bu ilin fevral ayında yaradılıb, nizamnamə kapitalı 56 840 015 manatdır və qanuni təmsilçisi Fərid Əhmədovdur.

Onu da bildirək ki, “Agro Food İnvestments” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 224 307 487.10 manatdır.

Seçilən
108
50
Mənbələr
Şərh ()
Bağla