AZ

“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olundu

“Azeronline
Azərbaycanda fəaliyyət göstərən ilk İnternet provayder şirkətlərindən biri olan “Azeronline Ltd” BM-in idarəetmə strukturunda dəyişiklik olmuşdur. Belə ki, 2024-cü ilin Aprel ayından etibarən Kənan Məsumov “Azeronline Ltd” BM-nin Baş müdiri vəzifəsinə təyin edilmişdir.
Telekommunikasiya sahəsində 15 ildən artıq təcrübəyə malik olan Kənan Məsumov son 3 ildə sabit internet biznesinin idarə edilməsi sahəsində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərmiş: “Azerconnect” şirkətində Kommersiya direktoru və “Bakı Telefon Rabitəsi” MMC-də Baş direktorun müşaviri vəzifəsini icra etmişdir. Kənan Məsumov Xəzər Universiteti və ABŞ-ın Berkshire Community College-ində təhsil almışdır. Hazırda dünyanın aparıcı bizness məktəblərindən biri sayılan Birləşmiş Krallığın Warwick Business School-da Biznesin İdarə Edilməsi üzrə magistr təhsilini davam etdirir.

Reklam hüququnda

Seçilən
93
1
Mənbələr
Şərh ()
Bağla