AZ

Denzel Dumfris “İnter”in çempionluğundan danışdı

“İnter”in yarımmüdafiəçisi Denzel Dumfris İtaliya A Seriyasının cari mövsümündə erkən çempionluq qazanması ilə bağlı duyğularını paylaşıb.

Arena.az xatırladır ki, “İnter” İtaliya A Seriyasının 33-cü turunun “Milan”la səfər oyununda əzəli rəqibini 2:1 hesabı ilə məğlub etməklə, erkən surətdə İtaliya çempionu olub.

“Mənim ilk skudettom! Bu, həqiqətən gözəldir. İkinci ulduz almaqla tarix yazdıq, bu, gözəl məqamdır. Bu, heyrətamiz və gözəl mövsüm idi”, deyə niderlandlı futbolçu vurğlayıb.

Sağ cinah yarımmüdafiəçi olan Denzel Dumfris “İnter”ə 2021-ci ilin avqust ayında 14,25 milyon avro məbləğində PSV-dən (Eyndhoven) keçib. Yarımmüdafiəçinin “neradzurri” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dumfris “İnter”in heyətində 33 oyuna çıxıb, 3 qol vurub, 6 məhsuldar ötürmə verib. 28 yaşlı futbolçu İtaliya nəhənginin heyətində bütövlükdə 129 matç keçirib, 10 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.

Denzel Dumfris 2018-ci ilin oktyabrında debüt etdiyi Niderland yığmasının heyətində 52 oyuna 6 qol, 15 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermakrt” internet-portalı 28 yaşlı Denzel Dumfrisi 27 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla