AZ

Azərbaycanın keçdiyi inkişaf yolu bir çoxları üçün nümunədir - Sevil Mikayılova

Bakı. Trend:

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış”mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev bu gündünyanı, xüsusən bölgəmizi narahat edən bir sıra məsələlərlə bağlıAzərbaycanın mövqeyini bildirdi. Təxminən 4 saata yaxın davam edənçıxışında Azərbaycan Prezidenti növbəti dəfə beynəlxalqictimaiyyətə regiondakı vəziyyət və dünyada baş verən proseslərinregiona təsirləri barədə dolğun məlumatlar verdi.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı SevilMikayılova deyib.

O bildirib ki, Azərbaycanın qazandığı uğurlar bütün dünyanıheyrətləndirir, bu nailiyyətlərin əsasında duran amillər geniştəhlil olunur.

"Azərbaycanın keçdiyi inkişaf yolu, beynəlxalq aləmdə qazandığınüfuz, yürütdüyü müstəqil xarici siyasət, ədalətli mövqeyi birçoxları üçün nümunədir. Təqdirəlayiqdir ki, ölkənin iqtisadimüstəqilliyi sadalanan uğurlara aparan yolun əsasını təminedib.

Ötən illər ərzində Azərbaycan dövləti neft gəlirlərindənrasional istifadə etməklə davamlı iqtisadiyyat qurmağı bacarıb.Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlliüçün istifadə edilib. Ölkədə dayanıqlı inkişaf əldə olunub.Zamanında atılan dəqiq addımların nəticəsi olaraq bu gün Azərbaycaniqtisadiyyatı böhran vəziyyətində də sabit artım göstərəbilir".

Deputat əlavə edib ki, iqtisadi sahədə əldə edilən uğurlar digərsahələrdə inkişafa müsbət təsirlərini göstərə bilib.

"Azərbaycan öz hərbi-siyasi gücü hesabına uzun illər işğalaltında olan torpaqlarını azad edib və ədaləti öz gücü ilə bərpaedib. Hazırda gündəlikdə duran əsas məsələ Azərbaycan və Ermənistanarasında sülh müqaviləsinin imzalanmasıdır və təqdirəlayiq haldırki, bu istiqamətdə baza prinsiplərinin razılaşdırılması tam realgörünür".

S.Mikayılova vurğulayıb ki, Azərbaycanın qazandığı uğurları heçbir halda qəbul etmık istəməyən qüvvələr hazırda ölkəmizə qarşıqərəzli mövqe tuturlar.

“Bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumların şahidioluruq. Həmin ölkələr faktiki olaraq Azərbaycana qarşı soyuqmüharibə aparırlar. Təbii ki, Azərbaycan dövləti təhdidləri görürvə cavab tədbirləri də gecikmir. Bu isə aydın şəkildə göstərir ki,heç bir qüvvə Azərbaycanla təzyiq dilində danışa bilməz.

Bu gün Azərbaycan regionun lider dövləti kimi həm regional, həmdə qlobal problemlərin həllinə öz töhfəsini verir. COP29-unAzərbaycanda keçirilməsi də aparılan sistemli fəaliyyətinnəticəsidir. Azərbaycan dünyanın yaşıl gündəliyini aktiv təşviqedən ölkələrdən birinə çevrilib. COP29 təxirəsalınmaz məsələlərinhəllinə qlobal aləmdə töhfə vermək baxımından Azərbaycan üçünxüsusi imkanlar yaradır. Bu tədbir, eyni zamanda, regiondövlətlərinin birgə əməkdaşlığının qurulması və inkişaf etdirilməsiüçün unikal fürsət olacaq”.

Seçilən
46
2
Mənbələr
Şərh ()
Bağla