AZ

Sidik yollarının infeksiyasına qarşı sprey peyvənd:9 il qoruyur

İngiltərə və İspaniyada aparılan bir araşdırma sprey peyvənd ilə sidik yolları infeksiyalarının qarşısının 9 ilə qədər alına biləcəyini ortaya qoyub.

Mütəxəssislər müalicə üsulunun perspektivli olduğunu bildirirlər.

Medicina.az xəbər verir ki, ağızdan qəbul olunan sprey peyvənd ilə təkrarlanan sidik yolları infeksiyalarının qarşısını 9 ilə qədər almaq olar. Faza 3-də olan tədqiqat bəzi Avropa ölkələrində həyata keçirilir.

Bildirilir ki, ağrılı bakterial infeksiya qadınların yarısında və hər 5 kişidən birində müşahidə edilir, xüsusilə yaşlılar üçün təhlükəli hesab olunur.

Simptomlara sidiyə gedərkən yanma hissi və ya adi haldan daha tez-tez sidiyə çıxma ehtiyacı daxildir.

Alimlər hesab edirlər ki, sidik yolları infeksiyası olan qadınların yarısı yanlış antibiotiklərlə müalicə olunur. 20-30 faiz hallarda problem təkrarlanır vəqısa müddətli antibiotik müalicəsi tələb olunur. Ancaq antibiotiklərə davamlı infeksiyalar artdıqca, bu dərmanların effektivliyi azalır.

“İngiltərədəki Royal Berkshire” Xəstəxanasında aparılan uzunmüddətli araşdırmada 89 xəstədən üç ay ərzində hər gün dil altına ananas ətirli peyvəndi püskürtmələri istənilib və onların vəziyyəti 9 il izlənilib.

Təkrarlanan sidik yolları infeksiyaları olan həm kişi, həm də qadın xəstələrin yarısından çoxu (54 faiz) peyvənddən sonra 9 il ərzində infeksiya ilə üzləşməyib. Üstəlik, peyvənd onlarda heç bir əhəmiyyətli əks təsir göstərməyib.

İnfeksiyasız ümumi orta müddət 54,7 ay (4,5 il) olub. Qadınlarda bu müddət 56.7 ay, kişilərdə isə 44.3 ay, yəni qadınlardan bir il az olaraq müəyyən edilib.

Tədqiqat iştirakçılarının 41 faizi peyvəndin ikinci dozasını bir və ya iki il sonra aldığını bildirib.

“Peyvəndi qəbul etməzdən əvvəl bütün iştirakçılarımız təkrarlanan sidik yolları infeksiyalarından əziyyət çəkirdilər. Bir çox qadın üçün bunu müalicə etmək çətin ola bilər. Bu yeni peyvənddən sonra iştirakçıların təxminən yarısı 9 il ərzində infeksiya ilə üzləşmədi. İştirakçılarımızın geri qalanı isə sidik yolları infeksiyalarını daha az və daha yüngül keçirdilər.

Onların bir çoxu infeksiyanı müalicə etmək üçün sadəcə bol su içməyin kifayət etdiyini söylədi. İştirakçılarımız bizə peyvəndin həyat keyfiyyətini yaxşılaşdırdığını dedilər”, - deyə “Royal Berkshire NHS Foundation Trust”da məsləhətçi uroloq, Dr. Bob Yanq bildirib.

Tədqiqat Parisdə keçirilən Avropa Urologiya Assosiasiyasının (EAU) Konqresində təqdim olunub.

Peyvəndi İspaniyanın “Immunotek” əczaçılıq şirkəti hazırlayıb. “MV140” adlanan peyvəndin su süspansiyonunda 4 bakteriya növü var. Peyvənd 26 ölkədə lisenziyasız mövcuddur.

Peyvəndin tam istifadəyə verilməsi üçün yeni nəticələrin Dərman və Səhiyyə Məhsullarını Tənzimləmə Agentliyindən (MHRA) keçməsi gözlənilir.


Aysel

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla