AZ

Ceyhun Nuriyev “qırmızı” ilə barışdı

“Zirə” son turda “Neftçi”ni məğlub etdi – 3:1. Bununla da “qartallar” turnir cədvəlində 2-ci pilləyə yüksəldi.

Özü də onlar son 23 dəqiqəni azlıqda keçirdilər. 67-ci dəqiqədə komandanı azlıqda qoyan Ceyhun Nuriyev “Futbol+”ə bunları dedi:

“Oyuna yalnız və yalnız qələbə üçün çıxmışdıq. Qələbənin bizi turnir cədvəlində hansı yerə gətirəcəyini bilirdik. Şükür ki, istəyimizə nail olduq. Razıyam, azlıqda qalanda daha yaxşı oynadıq. Çünki qələbəyə inanırdıq. Hesabda geri düşəndə də, “qırmızı” alanda da inamımızı itirmədik. Azlıqda qalmaq bizə daha çox məsuliyyət yüklədi. Matç bitəndən sonra “qırmızı” aldığım epizoda baxdım. Adıma şanssızlıq oldu. Qaçmaq istəyərkən əlim təsadüfən rəqibə dəyir. Bu qərarla mübahisə etməyəcəm”.

23 yaşlı yarımmüdafiəçi “Qəbələ” ilə ağır kubok matçına ciddi hazırlaşdıqlarını da dedi:

“Rəqibi analiz edirik. “Qəbələ” güclü və təhlükəli rəqibdi. Hesabda öndə olmağımız bizi arxayınlaşdırmır. Finala çıxmaq üçün hər şeyi edəcəyik. Çempionatda hədəfimiz isə ikinci yeri tutmaqdı. Vəziyyət gərgindi, səhv etməməliyik”.

RÖYANƏ OĞUZ
Seçilən
19
Mənbələr
Şərh ()
Bağla