AZ

Baş prokuror İordaniyalı həmkarı ilə görüşüb (FOTO)

Bakı. Trend:

Baş prokuror Kamran Əliyev İordaniya Haşimilər Krallığının Başprokuroru Yusuf Tiabat ilə videokonfrans formatında ikitərəfligörüş keçirib.

Görüş zamanı Baş prokuror dövlətlərimiz arasında dostluq vəəməkdaşlıq münasibətlərinin dövlət başçıları cənab İlham Əliyev vəKral II Abdullah ibn Al Hüseynin birgə səyləri nəticəsində siyasi,iqtisadi, hərbi, humanitar, mədəni və digər sahələrdə əlaqələrinhazırki yüksək inkişaf dinamikasına çatdığını vurğulayıb.

Kamran Əliyev dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biriolan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdəkeçiriləcəyi barədə həmkarına məlumat verib.

Yusuf Tiabat ölkələrimiz arasında mövcud əməkdaşlığınsəviyyəsindən məmnunluq ifadə edərək, cari ilin 29 sentyabr - 2oktyabr tarixlərində ölkəmizdə keçirələcək Beynəlxalq ProkurorlarAssosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağına dəvətedildiyi üçün təşəkkürünü ifadə edib. Ölkəmizin hüquq mühafizəorqanlarının, xüsusilə də Baş Prokurorluğun müsbət təcrübəsininöyrənilməsi üçün qurumlararası işbirliyinin vacibliyi qeydedilib.

Tərəflər qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədiləAnlaşma Memorandumunun imzalanması barədə razılığa gəliblər.

Baş
Baş
Baş
Baş
Seçilən
29
7
Mənbələr
Şərh ()
Bağla