AZ

Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı növbəti maarifləndirici tədbir

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin (AQDİM) təşkilatçılığı, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK), Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) və Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi ictimai birliyinin (ŞAYHM) rəsmi tərəfdaşlığı, həmçinin Binəqədi rayon 248 nömrəli məktəbin dəstəyilə Qan donorluğu mədəniyyətinin inkişafına xidmət edən təbliğat- təşviqat xarakterligörüş təşkil olunub.

Aztibb.az-a mərkəzdən verilən məlumata görə, ilk olaraq canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra məktəbin direktoru Xəyyam Fərəcov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsinin Ədalətli oyunlar komissiyasının sədri Xəzər İsayev, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul, AQDİM-nin icraçı direktoru Kamil Hüseynov, Tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova, həmçinin Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai birliyinin təftiş komissiyasının sədri, AQDİM-nin sədr müavini Niyaməddin İbrahimov mövzu ətrafında geniş çıxışlar ediblər.

Tədbirdə məktəbin müəlliməsi Fəridə Hüseynova Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə heyətinin Fəxri Üzvü seçilib.

Təbliğat-təşviqat xarakterli görüş şagirdlərin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla