AZ

"ABŞ vətəndaşı olsam, Baydenə yox, Trampa səs verərəm" - İsrailli nazir

İsrailin diaspor naziri Amixay Çikli Donald Trampın prezident seçilməsində maraqlı olduğunu bildirib.


Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, nazir yerli radiolardan birinə verdiyi müsahibəsində bu barədə danışıb.


O deyib ki, ABŞ Prezidenti Co Bayden Təl-Əviv və Vaşinqton arasındakı münasibətlərə xələl gətirib. Buna görə də israilli nazir Trampı dəstəklədiyini vurğulayıb:

 

“ABŞ prezident seçkilərində səs vermək hüququna malik olsam, Donald Trampa üstünlük verərəm. Baydenin rəhbərliyi altında ABŞ öz gücünü əks etdirə bilməz. Bu, İsrailə və digər ölkələrə zərər verir. Bayden Hizbullah və İranla müharibəyə başlamağın tərəfdarı deyildi. Nəticəni gördük. Səsvermə hüququna malik ABŞ vətəndaşı olsam, Trampa və Respublikaçılara səs verərəm".


Vasif
 

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla