AZ

Azərbaycan və Qazaxıstanın yükdaşımalar sahəsində Memorandum imzalanıb

Azərbaycan və Qazaxıstanın yükdaşımalar sahəsində dərinləşən əməkdaşlığı çərçivəsində Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) ilə Qazaxıstan Respublikasının "İriqabaritli və ağırtonnajlı yük daşıyıcıları Milli Assosiasiyası" (İADMA) arasında görüş keçirilib.

Görüşdə hər iki ölkənin avtodaşıyıcılarının bu sahədə rastlaşdıqları problemlər, nəqliyyat- logistika xidmətlərinin gələcək inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi mexanizmlərinin təkmilləşdirilməsi, daşımaların dayanıqlı inkişafının təmin edilməsi
üçün birgə fəaliyyət, Orta Dəhlizin təşviqi və digər məsələlər müzakirə edilib. Tərəflərin qaldırdıqları məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda ABADA və İADMA arasında müvafiq Memorandum imzalanıb.

Fuad Mədətov
Fins.az

Seçilən
84
2
Mənbələr
Şərh ()
Bağla