AZ

Tədris digər dillərdə aparılacaq uşaqlar üçün komissiyalar yaradılıb

Birinci sinifə qəbulla bağlı tədris digər dillərdə aparılacaq müsahibə mərhələsi üçün komissiyaları yaradılıb. Bunu Ümumi Təhsilin Təşkili üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Fəridə Bilişzadə deyib. 
 
"Ölkə üzrə müsahibə komisyaları yaradılıb. Bura peşəkər müəllimlər cəlb olunub. Burada müəyyənləşmiş sual cavab meyarı müəyyənləşib bu meyar əsasında uşaqlar yoxlanır. Uğur qazanan uşaqlar tədrisi digər dillərdə apara biləcək, əks halda həmin uşaqlar yalnız Azərbaycan bölməsi üzrə təhsil ala biləcək", - Fəridə Bilişzadə canlı yayım zamanı deyib. 
 
Mayın 1-də birinci siniflərə sənəd qəbulu başlayacaq. Elektron sənəd qəbulu mayın 13-nə kimi davam edəcək. Müsahibəyə qeydiyyat 3-17 may-da, müsahibə isə 7-30 mayda keçiriləcək. 
 
Aygün Mirakif
 


www.anews.az
Seçilən
42
Mənbələr
Şərh ()
Bağla