AZ

Mahir Emreli iki seçim arasında qaldı – SON DƏQİQƏ

Xorvatiya mətbuatı mövsümün sonunda "Dinamo"nu tərk edəcək futbolçularla bağlı yazı dərc edib.

“Sportske novosti”də Zaqreb klubundan ayrılacaq oyunçular arasında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də adı qeyd olunub:

"Mövsümün sonunda Mahir Emreli, Tibor Haliloviç, Sadeq Moharammi və Boşko Şutalonun başqa komandalara gedə biləcəyi gözlənilir. Təbii ki, əgər onlar üçün adekvat həll yolu tapılarsa, bu baş verəcək.

Həmin futbolçuların yerini isə ən yüksək aylıq maaşı təxminən 1600 avro olan gənclər tutacaq. Təbii ki, komandanı gücləndirəcək və ya keyfiyyətli əlavələr kimi baxılacaq bir neçə yeni oyunçu da olacaq".

Emrelinin “Dinamo” ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir. İki il öncə “Lex”dən bura gələn forvard əsas heyətə düşmür.

Bu səbəbdən ötən mövsümün ikinci yarısını Türkiyədə - «Konyaspor»da keçirib.

Son həftələrə kimi zədədən əziyyət çəkən Mahirə 2 variant təklif olunub - ya müqaviləni qarşılıqlı razılıq əsasında pozmaq, ya da yenidən icarəyə yollanmaq.

Səbəbkar hələ son qərarını verməyib. Ancaq güman etmək olar ki, o, təzminat almadan Zaqreblə sağollaşmayacaq.

SPORTİNFO.AZ

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla