AZ

Borrell deputatların İranla diplomatik münasibətləri kəsmək tələbinə qarşı çıxdı

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Avropa Parlamentinin deputatlarının İranla diplomatik əlaqələri kəsmək və İnqilab Keşikçiləri Ordusunu terrorçular siyahısına salmaq tələblərinə qarşı çıxıb.

“İki sahil” bu barədə "Anadolu"ya istinadən xəbər verir.

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell Avropa Parlamenti (AP) deputatlarının İranla diplomatik əlaqələri kəsmək və İnqilab Keşikçiləri Ordusunu terrorçular siyahısına salmaq tələblərinə qarşı çıxıb. O, əlaqələrin davam etdirilməsinin gərəkliliyini bildirib.

Qeyd edək ki, AP Baş Assambleyasında Cozep Borrelin iştirakı ilə “İranın İsrailə hücumları” mövzusunda sessiya keçirilib.

Borrell sessiyadakı çıxışında deyib: “Bildiyiniz kimi, mən bu hücumların nə qədər acınacaqlı olduğunu vurğulamaq və hərtərəfli regional münaqişəyə yaxınlaşdığımız barədə xəbərdarlıq etmək üçün İranın xarici işlər naziri (Hüseyn Əmir Abdullahiyan) ilə müntəzəm əlaqə saxlayıram".

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla