AZ

İlber Ortaylının təyyarədə halı pisləşdi - Uçuş ləğv olundu

Türkiyənin tanınmış tarixçisi, akademik prof. Dr. İlber Ortaylı dünən saat 21:45 radələrində Türk Hava Yollarının (THY) İzmir-İstanbul TK2337 reysi ilə hərəkət edən təyyarədə olarkən vəziyyəti pisləşib.

Avtosfer.az xəbər verir ki, kabin heyəti təyyarə havaya qalxmazdan əvvəl vəziyyəti görüb və pilota məlumat verildikdən sonra uçuş ləğv edilib.

76 yaşlı tarixçiyə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib və vəziyyətinin ciddi olmadığı müəyyən edilib. Ortaylının təzyiq problemi səbəbilə halsızlaşdığı məlum olub və uçuşuna heç bir maneə olmadığı üçün təyyarə havaya qalxıb.

İlber Ortaylının səhhətinin yaxşı olduğu qeyd olunub.

modern.az

    Seçilən
    15
    5
    Mənbələr
    Şərh ()
    Bağla