AZ

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Xaçmazdakı

Xaçmaz, 24 aprel, Elxan Yusifli, AZƏRTAC

Xaçmazda fəaliyyət göstərən aqroparklarda süd məhsuldarlığında rekord nəticə əldə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yüksək göstəricilər ölkə üzrə ən iri heyvandarlıq təsərrüfatlarından sayılan “Yalama Aqropark”da və "Xaçmaz Aqropark"da qeydə alınıb.

Hazırda “Yalama Aqropark”da inək başına günlük 29 litr (illik 10 min 585 litr), Xaçmaz Aqroparkda isə 33,6 litr (illik 12 min 264 litr) süd istehsal olunur.

Hər iki aqroparkdakı heyvandarlıq təsərrüfatlarında simmental cins inəklər saxlanılır. Bu göstəricilər simmental təsərrüfatı üçün çox yüksək nəticə hesab olunur və Almaniya, Avstriya kimi ölkələrin məhsuldarlıq göstəricilərindən də yüksəkdir.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla