AZ

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli ərazilərin delimitasiya prosesindən müvəqqəti olaraq yan keçilməsinin mümkün olduğunu deyib. Bəs həmin ərazilərin delimitasiya prosesi təxirə salına bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan politoloq Turab RZayev deyib ki, Köçəryan bu açıqlaması ilə əslində ciddi və tam olaraq dəqiq bir informasiya verməməyə çalışır:

"Ermənistanda hazırda sərhədlərin delimitasiyası Qazaxın 4 kəndinin qaytarılması məsələsi müxalifət tərəfindən geniş istifadə olunur. Həm Ermənistan müxalifəti, həm də erməni mətbuatı bunu Paşinyana qarşı təzyiq kimi istifadə edir. Onu xəyanətdə ittiham edirlər və xalqı hakimiyyətə qarşı mübarizə aparmağa çağırırlar. Bu baxımdan onlar tam şəkildə məlumat verməməyə çalışırlar. Burada mübahisəli məsələlər üzərindən Köçəryanın sakit şəkildə keçməyi əslində bununla bağlıdır. Açıq şəkildə deyir ki, tərəflər özünəməxsus əraziyə nəzarət edəcəklər. Demək istəyir ki, Ermənistan əraziləri Azərbaycana verilməyəcək".

Politolqun sözlərinə görə, digər tərəfdən mübahisəli ərazilərin delimitasiyanın müvəqqəti olaraq təxirə salınmasından danışır:

"Yəni faktiki olaraq, hansı ərazilərdə mübahisə varsa onu gələcəkdə delimitasiya edə bilərik. Bu tip açıqlamalar ilə Ermənistanı sakitləşdirməyə çalışırlar. Yəni biz hal-hazırda mübahisəli ərazilərdə güzəşt etməyəcəyik. Düşünürəm ki, bu daha çox Azərbaycana deyil, Ermənistanın daxilinə hesablanmış bir çıxışdır. Ona görə də bunun Azərbaycan və Ermənistan münasibətlərinə təsir edəcəyini düşünmürəm. Hansı xəritələr ilə sərhədlərin müəyyənləşdirilməsi məsələsini onlar gələcəyə buraxıb. Yəni uzun sözün qısası bu məsələni gələcəkdə mütəxəsislər özü delimitasiya prosesində həll edəcəklər. İndi Ermənistan ictimai bununla bağlı dəqiq informasiya vermir".

Sevda Səfərova

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla