AZ

ADA Universiteti daha bir 8 mərtəbəli bina tikəcək – Təfərrüat


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ADA Universitetinə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk peospekti ilə M.Əlizadə küçəsinin kəsişməsində “ADA Universitetinin Müəllimlər Evi” binasının tikintisinə icazə verib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi sahəsi 5 min 514,06 kv. metr olacaq bina 8 mərtəbədən, zirzəmi və terrasdan ibarət olacaq.
Qeyd edək ki, tikintiyə nə vaxt başlanılacağı ilə bağlı məlumat verilməyib. ADA Universitetinin 2024-cü il üçün açıqladığı satınalma planlarında da tikinti ilə bağlı məlumat yoxdur.
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl ADA Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi Türkiyənin “Sinerji Proje Yönetimi Elektrik Elektronik Ve Sağlık Teknolojileri Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN – 1501502151) olub.
Tender müsabiqəsinin şərtlərinə görə, “Sinerji Proje Yönetimi Elektrik Elektronik Ve Sağlık Teknolojileri Dış Ticaret Limited” Şirkəti “İtaliya Azərbaycan Universiteti” layihəsi çərçivəsində F, G və digər köməkçi binaların tikintisi işlərinin ikinci mərhələsinin (kommunikasiya xətlərinin çəkilməsi, havalandırma, kondinsionerləşdirmə, videomüşahidə sistemlərinin, isti və soyuq su xətlərinin çəkilməsi, elektrik güc avadanlıqlarının və digər aidiyyəti sistemlərin (avadanlıqlarla birlikdə) quraşdırılmasını həyata keçirəcək və qarşılığında 42 milyon 537 min 200 manat alacaq.

Elnur Əli
Seçilən
50
1
Mənbələr
Şərh ()
Bağla