AZ

Aİ-dən Qəzzada tapılan kütləvi məzarlıqlarla bağlı AÇIQLAMA

Avropa İttifaqı Qəzza zolağında İsrailin hərbi əməliyyatları nəticəsində öldürülən fələstinlilərin kütləvi məzarlıqlarının tapılması ilə bağlı müstəqil və şəffaf araşdırma aparılmasında israrlıdır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər üzrə nümayəndəsi Piter Stano deyib.

“Xan Yunisdə kütləvi məzarlıqların tapılması ilə bağlı xəbərlərdən ciddi narahatıq və bu, bizi bütün hallar üzrə müstəqil araşdırmaya çağırmağa vadar edir, çünki bu, burada beynəlxalq humanitar normaların pozulması hallarının baş verə biləcəyini göstərir”, - o bildirib.

Aprelin 22-də Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Fələstin Mülki Müdafiə Xidmətinin xilasediciləri Xan Yunis şəhərindəki Nasser Tibb Kompleksinin ərazisindəki kütləvi məzarlıqda 283 nəfərin cəsədini aşkar ediblər. İsrailin bombardmanları və top atəşləri nəticəsində bölgədə həlak olanların axtarışları davam edir. Qadın, uşaq və gənc kişilərin meyitləri aşkar edilib.

Aprelin 7-də İsrail Müdafiə Qüvvələrinin komandanlığı 4 aydır orada fəaliyyət göstərən 98-ci diviziyanın Xan Yunisdən geri çəkildiyini açıqlayıb. Əməliyyat nəticəsində şəhərin böyük hissəsi xarabalığa çevrilib, yollara və infrastruktura ciddi ziyan dəyib.

T.İSMAYIL

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla