AZ

"Tesla" ucuz avtomobil planını sürətləndirir

Tesla Inc, məyusedici rübdən sonra azalan tələbi canlandırmaq üçün daha sərfəli avtomobillərin satışını sürətləndirməyə qərar verib.

Fins.az xəbər verir ki, daha əvvəl ucuz avtomobillər üçün 2025-ci ilin sonuna işarə edən elektrik avtomobil istehsalçısı, bu il kimi yeni modellərin istehsalına başlaya biləcəyini açıqlayıb.

Şirkətin qərarı birinci rübün gəlirliliyi, satışları və marjaları böyük məyusluq yaratdıqdan sonra qəbul edilib.

Şirkətin baş direktoru İlon Mask hesab edir ki, aşağı qiymətli modellər qlobal miqyasda yavaşlayan və digər avtomobil istehsalçılarını elektriklə işləmək planlarını yenidən nəzərdən keçirməyə məcbur edən tələb daralmasını geri qaytara bilər.

Deepwater Asset Management-in idarəedici tərəfdaşı Gene Munster, "Əhəmiyyətli olan odur ki, investorların gələn il artımın yenidən güclənəcəyinə dair bir ümid parıltısı var" dedi. "Tesla bunun baş verəcəyinə inananlara bu yola davam etmək üçün lazım olanı verdi" dedi.

Bu elandan sonra Tesla səhmləri gec ticarətdə 13 faiz bahalaşıb.

Günel Məlikzadə
Fins.az

 

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla