AZ

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

Naxçıvanda

Naxçıvan, 24 aprel, AZƏRTAC

Mayın 8-11-də Naxçıvan şəhərindəki “Saat Meydanı”nda “BOOKFEST” kitab sərgisi keçiriləcək.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, sərgidə bir çox tanınmış yazıçılarla görüşlər, imza saatları, maraqlı müzakirələr, endirimli kitablar olacaq. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və ˝TEAS Press˝ Nəşriyyat Evinin təşkilatçılığı ilə keçiriləcək kitab sərgisində iştirak ödənişsizdir.

˝FERO BAND˝ hər gün saat 18:30-da bir-birindən gözəl ifalarla “BOOKFEST” iştirakçıları üçün konsert proqramı təqdim edəcək.

Qeyd edək ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) “BOOKFEST” kitab sərgisinin media tərəfdaşlarındandır.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla