AZ

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro ayırdı

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro vəsait ayırıb.

Redaktor.az "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

"Ukrayna hamımız üçün ağır yük daşıyır. Bu gün öhdəmizə götürdüyümüz əlavə 1,5 milyard avro Ukraynanın işğalçıya qarşı mübarizə apararkən hökumət səlahiyyətlərini və xalqı üçün vacib xidmətləri qorumağa davam etməsini təmin edəcək" - deyə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.

O, əlavə edib ki, Aİ Ukrayna hakimiyyəti ilə yaxından işləyəcək.

Qeyd edək ki, 2024-cü ilin əvvəlində Avropa İttifaqı Ukraynaya irimiqyaslı maliyyə yardımı etmək qərarına gəlib. Aİ liderləri fevralın 1-də keçirilən xüsusi sammitdə Ukraynaya 2027-ci ilə qədər veriləcək 50 milyard avroluq yardım paketini təsdiqləyiblər.

Vəsait “Ukraine Facility” proqramı çərçivəsində ayrılacaq. Bu proqram Ukraynaya həm qrantların, həm də kreditlərin verilməsini nəzərdə tutur.

T.İSMAYIL

Seçilən
117
7
Mənbələr
Şərh ()
Bağla