AZ

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycanla Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

Bu gün biz Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmkəmləndirilməsi barədə Birgə Bəyannamə imzaladıq.

APA xəbər verir ki, bu fikirləri Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib.

“Bu sənədin imzalanması praktikada müəyyən olunan Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini rəsmi şəkildə təsbit edir”, - deyə Prezident Sadır Japarov qeyd edib.

Seçilən
25
18
Mənbələr
Şərh ()
Bağla