AZ

Laçın hidroenerjinin inkişafı üçün böyük potensiala malikdir - Məsim Məmmədov

Laçın. Trend:

Laçın hidroenerjinin inkişafı üçün böyük potensialamalikdir.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Laçınrayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov "COP29 və Azərbaycanüçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum çərçivəsindəkonfransda deyib.

"Laçın hidroenerjinin inkişafı üçün böyük potensiala malikdir.Təkcə bu gün burada dörd yeni su elektrik stansiyası inşa edilib.Bu ilin sonunadək daha dörd elektrik stransiyasının inşa ediləcəyigözlənilir. Biz həmçinin 26,7 milyon kubmetr tutumuna malik yeni suanbarının inşasını davam etdiririk. Su anbarından qonşu Qubadlı vəZəngilan rayonlarında suvarma üçün istifadə olunacaq", - deyə oqeyd edib.

M.Məmmədov həmçinin, Həkəri çayının üzərində 91 milyon kubmetrtutumuna malik iri su anbarının tikintisi üzrə daha bir layihəninhəyata keçirildiyini vurğulayıb. Su anbarından təkcə suvarma üçündeyil, həm də digər rayonların, ola bilsin ki, o cümlədən Bakışəhərinin içməli su ilə təmin olunmasında istifadə olunacaq.

Qeyd edək ki, aprelin 24-də Laçında 30 ölkədənn 64 nüfuzluekspertin iştirakı ilə "COP29 və Azərbaycan üçün Yaşıl Baxış"mövzusunda beynəlxalq forum çərçivəsində konfrans öz işinəbaşlayıb.

ADA Universiteti və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin(BMTM) birgə təşkil etdiyi konfransda akademiklər, keçmiş səfirlərvə beynəlxalq beyin mərkəzlərinin nümayəndələri dayanıqlı inkişafvə "yaşıl" enerji sahəsində təcrübələrini bölüşüblər.

Aprelin 23-də onlar ADA Universitetində "COP29 və AzərbaycanaYaşıl Baxış" mövzusunda beynəlxalq forumda iştirak edib vəAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə suallarünvanlayıblar.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla