AZ

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz xəstəxanaya yerləşdirildi

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin xəstəxanaya köçürüldüyü bildirilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-da yer alan xəbərdə Kral Salmanın Ciddədəki Kral Feysal Xəstəxanasında rutin sağlamlıq müayinəsindən keçəcəyi bildirilib.

Vəliəhd şahzadə Məhəmməd bin Salman da X sosial media platformasında verdiyi açıqlamada oxşar məlumatları paylaşaraq Krala cansağlığı və rifah arzulayıb.

Xatırladaq ki, 1935-ci ilin dekabrında anadan olan Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz 2015-ci ildən ölkəyə nəzarət edir.
 
Mikayıl
Seçilən
44
1
Mənbələr
Şərh ()
Bağla