AZ

AK Ukraynaya 1,5 milyard avro məbləğində büdcə yardımının ikinci tranşını ödəyib

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro məbləğində büdcə yardımının ikinci tranşını ödəyib.

"Bu gün ayıracağımız əlavə 1,5 milyard avro Ukraynanın təcavüzkarla mübarizə apararkən dövlətin fəaliyyətini və əhaliyə əsas xidmətləri göstərməyə davam etməsini təmin edəcək", - AK rəhbəri Ursula fon der Leyen bildirib.

Beləliklə, 2022-ci ilin fevral ayından etibarən Aİ-nin Ukraynaya dəstəyinin ümumi məbləği 98,5 milyard avro təşkil edir.

Aİ martın 20-də 4,5 milyard avroluq ilk tranşı köçürüb.

Seçilən
17
Mənbələr
Şərh ()
Bağla