AZ

BDU tələbələri Heydər Əliyev Mərkəzini ziyarət ediblər - FOTO

“BDU könüllüləri” təşkilatının Şərqşünaslıq fakültəsi üzrə üzvlərinin təşəbbüsü ilə Heydər Əliyev Mərkəzinə ziyarət təşkil edilib.
 
BDU-dan Moderator.az-a bildirilib ki, ziyarət zamanı tələbələrə Mərkəzlə bağlı geniş məlumat verilib. Qeyd edilib ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının, Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Tələbələr Mərkəzdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və fotoarxiv sənədləri, eləcə də müxtəlif eksponatlarla tanış olublar.
 
Sonra tələbələr Mərkəzin müasir incəsənət nümunələrinin sərgiləndiyi bölmələrinə, Bakıda yerləşən tikililərin maketlərinə, Gürcüstan, Özbəkistan kimi ölkələrin mədəniyyətini əks etdirən eksponatlara baxış keçiriblər. Qədim xalçaçılıq, musiqi alətləri və kukla sənətinin nümunələrinin, cizgi filmlərinin personajları və müxtəlif rəsm əsərlərinin nümayiş etdirildiyi xüsusi bölmələr isə ən çox maraq cəlb edən hissələrdən olub.
 
Tələbələrə bildirilib ki, müasir Bakının simvollarından olan Mərkəz 2012-ci il mayın 10-da, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə istifadəyə verilib. Heydər Əliyev Mərkəzinin binasının layihəsinin müəllifi dünya şöhrətli memar Zaha Hadiddir.
Seçilən
16
Mənbələr
Şərh ()
Bağla