AZ

“Çelsi” Premyer Liqada 2-ci ən böyükhesablı məğlubiyyətini yaşadı

İngiltərə Premyer Liqasının 29-cu turunun “Arsenal”a qarşı səfər oyunundakı məğlubiyyət “Çelsi” üçün xoşagəlməz mənada əlamətdar olub.

Arena.az məlumat verir ki, “zadəganlar” London derbisində 0:5 hesablı məğlubiyyətə üzülüblər.

Bu, London klubunun İngiltərə Premyer Liqası tarixində 2-ci ən böyükhesablı məğlubiyyətidir.

“Zadəganlar” yalnız bir dəfə daha böyük hesabla uduzublar – 2019-cu ilin fevralında “Mançester Siti” bu komandanın qapısından 6 cavabsız qol keçirmişdi. Vurğulayaq ki, həmin vaxt, hazırda “Arsenal”ı çalışdıran ispan mütəxəssis Mikel Arteta “şəhərlilər”nin məşqçilər qərargahında baş məşqçi, həmyerlisi Xosep Qvardiolanın rəhbərliyi altında çalışırdı.

Üstəlik, bu qələbə sayəsində “Arsenal” 1930-cu ildə “topçular”ın “Çelsi”ni 5:1 hesabı ilə məğlub etdiyi rekordu təzələyib. 2023/2024 mövsümündəki bu möhtəşəm qələbə klubların qarşıdurması tarixində “topçular”ın “zadəganlar” üzərindəki ən böyük qələbə kimi futbol salnaməsinə yazılıb.

Hazırda “Arsenal” 34 oyundan 77 xalla Premyer Liqanın yarış cədvəlinin şərti lideridir. “Çelsi” isə 32 oyundan 47 xalla 9-cu pillədə qərarlaşıb.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla