AZ

İtaliya Amazonu 10 milyon avro cərimələdi

İtaliya Rəqabət İdarəsi (Antitrust-AGCM) ABŞ-də fəaliyyət göstərən onlayn satış platforması Amazon-u ədalətsiz kommersiya təcrübələrini əsas gətirərək 10 milyon avro cərimələyib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qurumun verdiyi yazılı açıqlamada Amazonun İtalyan internet saytında bir çox məhsul üçün satın alma variantının avtomatik olaraq \"birdəfəlik\" əvəzinə \"təkrarlanan dövri alış\" olaraq təyin edildiyi və bunun istehlakçı seçimlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırdığı və İstehlakçının onlara həqiqətən ehtiyac duyduğu ifadə edilib.

Qurumun bu səbəbdən Amazon-u 10 milyon avro cərimələdiyi bildirilib.

Qeyd edilib ki, Amazon-un törəmə şirkətləri, Lüksemburqda yerləşən Amazon Services Europe və Amazon EU da cəzadan təsirlənib.

İtaliyanın ANSA agentliyinin dərc etdiyi xəbərdə Amazonun bu cəzadan şikayət etmək niyyətində olduğu bildirilib.
 
Bildirilib ki, şirkət qərarla razılaşmayıb və müştərilərinin cərimə predmeti olan \"Abunə ol və qənaət et” proqramı sayəsində pula qənaət etdiyini müdafiə edib.
 
Mikayıl
Seçilən
41
1
Mənbələr
Şərh ()
Bağla