AZ

“Ağ-qaralar" bu gün mübarizəni dayandıracaq” – Rauf Əliyev geridönüşə inanmır

Bu gün ölkə kubokunun yarımfinalının “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək.

Xatırladaq ki, “ağ-qaralar” ilk oyunda darmadağın olub (0:4). Bəs cavab görüşündə geridönüş mümkündümü? Bu sualla vaxtilə hər iki komandanın şərəfini qorumuş Rauf Əliyevə müraciət etdik. Onun “Football-plus.az”a söylədikləri:

“Hər şey ilk oyunda həll olunub. “Qarabağ” yenə böyükhesablı qələbə qazana bilər. İnanmıram ki, “Neftçi” geridönüş edə bilsin. Komandaların hazırkı vəziyyətinə baxanda belə nəticəyə gəlmək olar. Yəqin ki, “ağ-qaralar” bu gün mübarizəni dayandıracaq. “Qarabağ”ınfinala gedəcəyi məlum olsa da, “Zirə” ilə “Qəbələ” arasında seçim etmək çətindi. Çempionatdan əlini üzən “Qəbələ” üçün doğma meydanda vacib matç olacaq. Bu cütdə komandaların şansları bərabərdi”.

RÖYANƏ OĞUZ
Seçilən
21
Mənbələr
Şərh ()
Bağla