AZ

Ukraynalıların Gürcüstanda qalma müddəti uzadıldı

Gürcüstan hakimiyyəti Ukrayna vətəndaşlarına 3 il ərzində ölkədə vizasız qalmağa icazə verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın hüquq portalında dərc olunan hökumətin müvafiq qərarında deyilir.

Sənəddə deyilir: “Ukrayna vətəndaşlarının Gürcüstana vizasız daxil olmaq və 3 il qalmaq hüququ var".

Mətndə qeyd olunur ki, qərar “2024-cü il fevralın 24-dən sonra yaranan hüquq münasibətlərinə” şamil ediləcək.

2023-cü ilin fevralında Gürcüstan hökuməti ukraynalıların ölkədə 2 il vizasız qalmasına icazə vermək qərarına gəlib.


Telegram kanalımız
Seçilən
62
2
Mənbələr
Şərh ()
Bağla