AZ

Peskovdan həbs edilən məmurla bağlı AÇIQLAMA: ”Xəyanət məsələsi…” 

Kremlin sözçüsü Dmitri Peskov Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbs edilməsinə münasibət bildirib.

 

Sfera.az bildirir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırıb. Peskov qeyd edib ki, Timur İvanovun həbsi ilə bağlı məhkəmənin qərarını gözləmək lazımdır.

 

“Heç nə məlum deyil. İstənilən başqa versiyalar, o cümlədən xəyanət məsələsi fərziyyədir. İstintaqın təqdim edəcəyi rəsmi məlumatlara etibar etmək lazımdır. Burada bəzi arqumentlər - məsələ ətrafında spekulyasiyalar var. Məhkəmənin qərarını gözləmək lazımdır”, - o qeyd edib.

 

Qeyd edək ki, İvanov aprelin 23-də saxlanılıb. O, xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinir. Məlumata görə, o, iyunun 23-dək istintaq təcridxanasında qalacaq.

 

Günay

Seçilən
118
44
Mənbələr
Şərh ()
Bağla