AZ

DİM-də Anlaşma Memorandumu imzalanıb

23 aprel 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin (MQİM) direktoru Nino Tseretelinin sədrliyi ilə hər iki qurumun nümayəndələri arasında onlayn görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə qurumlar arasında ilk dəfə 2020-ci ildə imzalanmış Azərbaycan və gürcü dillərində dilin qiymətləndirmə alətlərinin hazırlanması və təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu çərçivəsində aparılmış işlərdən məmnunluq ifadə olunub, eyni şərtlərlə yenidən memorandum imzalanması məqsədəuyğun hesab edilib.

 

Xatırladaq ki, Memorandum çərçivəsində 2023-cü ildə DİM öz ekspertlərini Gürcüstana göndərmiş və onlar MQİM-də müəllimlərin peşəkar ixtisasartırma imtahanı və ali təhsil müəssisələrinə qəbul imtahanı materiallarının qapalı şəraitdə ekspertizasını həyata keçiriblər. MQİM isə, öz növbəsində, DİM-in buraxılış imtahanlarında (9-cu və 11-ci siniflər) gürcü dili fənni üzrə istifadə etdiyi test tapşırıqlarının nəzərdən keçirilməsi və təkmilləşdirilməsi işlərini aparıb.

 

Qeyd edək ki, imzalanmış Anlaşma Memorandumları Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökümətlərarası Komissiyanın iclaslarının Protokollarında da öz əksini tapır və icrası barədə qurumlar tərəfindən hesabat verilir.

 

Görüşün sonunda M/Abbaszadə N/Tseretelini Azərbaycana işgüzar səfərə dəvət edib.

 
Seçilən
41
5
Mənbələr
Şərh ()
Bağla