AZ

Tibb üzrə fəlsəfə doktoru İmmi Ələkbərova Xətai Tibb Mərkəzində fəaliyyət göstərəcək

Təcrübəli həkim, tibb üzrə fəlsəfə doktoru İmmi Ələkbərova fəaliyyətini Xətai Tibb Mərkəzində davam etdirir.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, o, 1962-ci ildə Laçın şəhərində anadan olub. 1979-1985-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1985-1986-cı illərdə M.Ə.Əfəndiyev adına 2 nömrəli xəstəxanada ümumi cərrahiyyə üzrə internatura keçib.
 
İmmi Ələkbərova 1987-1991-ci illərdə Xəzər Hövzə poliklinikasında, 1991-92-ci illərdə 2 nömrəli Doğum evində mama-ginekoloq işləyib. 1992-1998-ci illərdə fəaliyyətini akademik M. Mirqasımov adına RKX-də əvvəlcə mama-ginekoloq, şöbə müdiri, sonra baş həkimin müavini kimi davam etdirib. 1998-1999-cu illərdə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda, 1999-2004-cü illərdə isə 5 nömrəli Doğum evində baş həkim olub. 2004-2005-ci illərdə Müdafiə Nazirliyinin Ordu İdman Klubunda tibb məntəqəsinin rəisi vəzifəsində çalışıb.
 
O, 2005-2015-ci illərdə Sumqayıt şəhər 2 nömrəli doğum evində baş həkim kimi fəaliyyətini davam etdirib. Eyni zamanda, baş mama-ginekoloq işləyib. 2015-2024-cü illərdə Suraxanı Tibb Mərkəzində baş həkim vəzifəsində çalışıb.
 
Həkim 2000-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mamalıq qayğısının əsasları, 2015-ci ildə Sosial gigiyena-səhiyyənin təşkili üzrə, 2016-cı ildə Mülki Müdafiə İdarəsində Obyekt rəhbəri üçün tam proqramı və digər proqramlar üzrə təhsil alıb. Əmək, peşə fəaliyyəti ilə bağlı çoxsaylı beynəlxalq tədbirlərdə, konfrans və seminarlarda iştirak edib. Onun elmi məqalələri vaxtaşırı olaraq Azərbaycan və xarici ölkə mətbuatında çap edilir.
 
İmmi Ələkbərova xidmətlərinə görə Qızıl Aypara Cəmiyyətinin, Suraxanı rayonu, Sumqayıt şəhəri İcra Hakimiyyətlərinin və YAP rayon və şəhər təşkilatlarının Fəxri Fərmanları ilə təltif olunub.
 
Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla