AZ

Gəncə Şəhər Birləşmiş Xəstəxanasında daha bir uğurlu əməliyyat icra olunub

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının peşəkar komandası tərəfindən daha bir uğurlu əməliyyat icra olunub.

 

Gəncə ŞBX-dan Aztibb.az-a bildirilib ki, xəstəxananın nəzdində olan Abbas Səhhət adına xəstəxanaya 2 yaşlı (kişi cinsli) uşaq anadangəlmə sindaktiliya diaqnozu ilə yerləşdirilib.

 

Müayinələri aparılan pasiyent həkim-travmatoloq-ortoped Rahib İsgəndərzadə və uzman həkim-reanimatoloq-anestezioloq Murad Musayev tərəfindən uğurla əməliyyat edilib.

 

Pasiyentə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Seçilən
18
Mənbələr
Şərh ()
Bağla