AZ

“Neftçi”nin azarkeşləri stadionda olmasa da...” – “İmarət”dən reaksiya

Bu gün ölkə kupokunun yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək. “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

Görəsən, “İmarət tayfa”nın bu oyunla bağlı hansı planları var? Tribunalarda fərqli plakatlar olacaqmı? “Neftçi”nin fanklublarının yoxluğu ağdamlıları həvəsdən salırmı? “İmarət tayfa” azarkeş qrupunun liderlərindən Elnur Quliyevin cavabı:

“Plakatlar barədə, ümumiyyətlə, heç vaxt fikir bildirmirik. Həqiqətən də mən bilmirəm, gənclər bilir. Təbii ki, azarkeş sayı çox olacaq. Adətən, “Neftçi” ilə oyunlarımızda azarkeşlər çox olur. “Neftçi”nin azarkeşləri stadionda olmasa da, oyunun həyəcanı hələ də mövcuddu. Əlbəttə, onların iştirakı atmosferi daha maraqlı edə bilərdi”.

ELMİN
Seçilən
25
Mənbələr
Şərh ()
Bağla