AZ

Ədalət Verdiyev: “Alınan silahlar şərti dövlət sərhədinə yaxınlaşdırılacaqsa...”

Cənab Prezidentin çıxışında Ermənistana və onu silahlandıran ölkələrə qarşı çox ciddi mesajlar var.

Bu fikirləri Herbiand.az-a hərbi ekspert Ədalət Verdiyev bildirib. O, həmçinin qeyd edib ki, səsləndirilən mesajları təkcə Ermənistan nəzərə almamalıdır:

“Bu mesajları Ermənistanla yanaşı Ermənistanı silahlandıran ölkələr də xüsusilə diqqətə almalıdırlar. Ermənistanı silahlandıran ölkələrin fəaliyyətləri bizim nəzarətimizdən heç vaxt  kənarda qalmayacaq. Əgər  verilən silahlar Azərbaycan əsgərinin həyat və sağlamlığına təhdid yaradacaq bir məsafəyə, şərti dövlət sərhədinə yaxınlaşdırılacaqsa,  Azərbaycan Ordusunun zərbələri ilə sıradan çıxarılacaq.  Buna Ermənitanın, o cümlədən onu silahlandıran ölkələrin şübhəsi olmasın”.

Emin ŞİRVANZADƏ

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla