AZ

Arteta “Arsenal”ın “Çelsi” üzərində tarixi qələbəsini şərh etdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 29-cu turunda “Çelsi” ilə ev oyununda tarixi qələbəni (5:0) şərh edib.

Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Qələbədən, imkanların sayından və vurulmış qollardan çox razıyam. Qol buraxmamağımız da Premyer Liqanın cari mövsümündəki sabitliyimizi göstərir.

Birinci hissədə bəzi məqamlarda kifayət qədər intizamlı olmadıq. Fasilədə nəticələr çıxardıq və bu xüsusu təkmilləşdirdik. İkinci hissə inanılmaz idi”, deyə Arteta oyun haqda ümumi fikriin ifadə edib.

Xatırladaq ki, bu qələbə sayəsində “Arsenal” 1930-cu ildə “topçular”ın “Çelsi”ni 5:1 hesabı ilə məğlub etdiyi rekordu təzələyib. 2023/2024 mövsümündəki bu möhtəşəm qələbə klubların qarşıdurması tarixində “topçular”ın “zadəganlar” üzərindəki ən böyük qələbə kimi futbol salnaməsinə yazılıb.

Hazırda “Arsenal” 34 oyundan 77 xalla Premyer Liqanın yarış cədvəlinin şərti lideridir. “Çelsi” isə 32 oyundan 47 xalla 9-cu pillədə qərarlaşıb.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla