AZ

Britaniya Ukraynaya "Paveway IV" bombalarını göndərəcək

Böyük Britaniya növbəti hərbi yardım paketinin bir hissəsi olaraq Ukraynaya "Paveway IV" bombaları göndərəcək.

Redaktor.az xəbər verir ki, bu barədə BBC-nin jurnalisti Conatan Bile özünün "X" hesabında bildirib.

"Böyük Britaniyanın Ukraynaya hərbi yardımının son partiyasına "Paveway IV" bombaları daxil olacaq", - o yazıb.

"Paveway IV" bombası iki bələdçi sistemi ilə - GPS və lazerlə təchiz olunmuş 230 kq-lıq sursatdır. O, Britaniyanın "Raytheon UK" şirkəti tərəfindən istehsal olunub və "Paveway" seriyasının ən son versiyasıdır.

"Paveway IV" GPS, lazer təyinatı və ya hər ikisinin birləşməsindən istifadə edərək hədəfləri vura bilər. Bu, pilotlara zərbə taktikasını seçərkən daha çox çeviklik verir. Hava bombası həm də hədəfləri vurmaqda yüksək dəqiqliyi ilə tanınır.

"Paveway IV" müxtəlif döyüş təyyarələrindən, o cümlədən "Harrier GR9", "Panavia Tornado", "Eurofighter Typhoon" və "F-35 Lightning II"dən istifadə edilə bilər.

Ümumilikdə, "Paveway IV" Kral Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən və Kral Donanması tərəfindən istifadə olunacağı ehtimal edilən effektiv və çox yönlü silahdır.

Bu yaxınlarda Britaniya aviasiyası bu bombaları İranın Yəməndəki etibarlı hərbi obyektlərinə hücum zamanı atmışdı.

Turan İSMAYIL

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla