AZ

Karlos Tevez xəstəxanaya yerləşdirildi

Argentina millisinin ulduz futbolçularından olan Karlos Tevez xəstəxanaya yerləşdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, döş qəfəsindəki ağrılara görə xəstəxanaya aparılıb. 

Tevez müayinələrdən keçəcək. Onun vəziyyətinin necə olduğu barədə isə məlumat yoxdur. 

Qeyd edək ki, Karlos Tevez Argentinanın "İndependiente" klubunun baş məşqçisidir. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

  

 

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla