AZ

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

İspaniya

Bakı, 24 aprel, AZƏRTAC

Madrid məhkəməsi “Təmiz Əllər” həmkarlar ittifaqının şikayətindən sonra İspaniyanın Baş naziri Pedro Sançesin həyat yoldaşı Beqonya Qomes barəsində təhqiqata başlayıb.

AZƏRTAC “El Confidencial” qəzetinə istinadla xəbər verir ki, bu barədə hüquq instansiyasının press-relizində deyilir.

Məlumata görə, Madrid məhkəməsi Beqonya Qomesi biznes fəaliyyətində əlaqələrindən və korrupsiyadan istifadə etməkdə şübhəli bilir. Təhqiqat işləri onun hökumətdən vəsait və dövlət müqavilələri alan bir neçə özəl şirkətlə əlaqələrinə yönəlib.

Baş nazirin özü isə parlamentdə çıxışı zamanı istintaqın başlamasından sonra ölkədəki məhkəmə sisteminə inamının artdığını vurğulayıb.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla