AZ

Paşinyan istefa verərsə, sülh müqaviləsinin taleyi necə olacaq? - ŞƏRH

Paşinyan istefa verərsə, sülh müqaviləsinin taleyi necə olacaq? - ŞƏRH

Daha əvvəl, Ermənistan mətbuatında Nikol Paşinyanın istefası ilə bağlı çıxan yazıların 1 aprel – Gülüş günü ilə əlaqədar "zarafat" olduğu üzə çıxdı. Lakin bildirmişdik ki, Paşinyan özünəyaxın müxalifətini yeniləmək məqsədilə seçkilərə bilər. İki ölkə arasında baş verən danışıqlardan sonra Ermənistan müxalifəti və xalqı Paşinyanın istefasını tələb edir. Hazırda Ermənistan baş naziri güc tətbiq etməklə aksiyaları dayandırmağa çalışır yaxud yeni bir "fiqur" yaratmaqla "mən əsas hakiməm" deməyə çalışır. Siyasi təhlilləri və gedən prosesləri nəzərə alsaq, Paşinyan hakimiyyətdən uzaqlaşa bilər? İstefa verəcəyi təqdirdə sülh müqaviləsinin taleyi necə olacaq.

Mövzu lə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Səxavət Məmməd bildirib ki, Paşinyanı ittiham etdikləri məsələ Qarabağda uduzmağıdır. Sonra isə antiterror əməliyyatları və Qazaxın kəmərlərinin geri qaytarılması ilə bağlıdır.

"Ermənistan müxalifəti Paşinyanın üzərinə bunlarla gəlir. Burada bir məqamı qeyd etmək lazımdır. 44 günlük müharibənin nəticəsinə görə Paşinyan istefa verdi və növbədənkənar seçkilər keçirildi. Burada Paşinyan hakimiyyəti yenidən qalib gəldi. Amma o dövrdə həqiqətən Paşinyanın reytinqi çox yüksək idi. Amma son dönəmlər Paşinyanın reytinqi düşür və artıq müxalifət, Rusiyaya bağlı qruplar xalqı inandıra biliblər ki, Paşinyan ancaq Azərbaycana torpaq verməklə məşğuldur. Onlar bildiriblər ki, Paşinyan Azərbaycan nə istəyirsə onları yerinə yetirməklə məşğuldur".

Ekspertin sözlərinə görə, burada əsas məsələ Paşinyanın Rusiya ilə münasibətləridir. Paşinyan Rusiyaya qarşı çıxır və qərb xəttini tutaraq bu istiqamətdə addımlar atır:

" Dolayısıyla Rusiya və müxalifət Paşinyanı hakimiyyətdə istəmir. Ermənistanda müxalif qrupların hamısı demək olar ki, Rusiyaya bağlıdır. Yəni Paşinyanın hakimiyyətdən getməsi ilə bağlı çoxlu sayda iddialar. Bu iddiaların gerçəkləşməsi mümkündür. Bir məsələni nəzərə almaq lazımdır ki, düşünmürəm indiki məqamda Paşinyan seçkiləri elan etsin. Çünki indiki reytinqi ilə, müharibədən əvvəlki reytinqi arasında çox ciddi uçurum var. İndi reytinqi çox aşağıdır. O zamanlar vəziyyəti bildiyi üçün növbədənkənar seçkilərə getdi. Paşinyan dirəniş göstərəcək ki, müddəti bitənə qədər hakimiyyətdə qala bilsin".

Sevda Səfərova

Seçilən
73
50
Mənbələr
Şərh ()
Bağla