AZ

Bayramov-Çamizo – Görüş hakimlərinin cəzaları məlum oldu


Dünya Güləş Federasiyası (UWW) Bakıda keçirilən Olimpiya təsnifat turnirində Frenk Çamizo (İtaliya) və Turan Bayramov (Azərbaycan) arasında keçirilən görüşlə bağlı qərarını açlqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Məlumata görə, İntizam Komitəsi görüşün hakimlərinə müxtəlif cəzalar verib.
Belə ki, görüşün hakimi Roman Pavlov və hakim İbrahim Cicioğlu 2024-cü ilin sonuna qədər yarışlardan kənarlaşdırılıb.
Görüşə təyin olunan digər ədalət təmsilçiləri Ali Sayvan oktyabrın 30-dək, Aleksey Bazulin, Kemel Buaziz və Keysi Qessel isə iyunun 30-dək diskvalifikasiya olunublar.
Qərarda həmçinin, Beynəlxalq Güləş Qaydalarının 53-cü maddəsinə görə, xalçada qalib elan edildikdən sonra nəticənin dəyişmədirilməsinin qadağan olduğu bildirilib.
Çamizo mayın 9-da İstanbulda keçiriləcək dünya olimpiya seçimlərinin ilkin siyahısına daxil edilib.
Qeyd edək ki, Azərbaycanın paytaxtı Bakıda keçirilən Yunan-Roma güləşi üzrə Avropa Olimpiya təsnifat turnirinin final mərhələsindəl italiyalı Frenk Çamizo və azərbaycanlı Turan Bayramovla üz-üzə gəlib. Döyüş 8:8 (VPO1) hesabı ilə Olimpiya lisenziyasını qazanan döşək sahibinin xeyrinə başa çatıb. Sonradan İtaliya tərəfi turnirin yekun nəticələrinə etiraz edib.
Seçilən
50
2
Mənbələr
Şərh ()
Bağla