AZ

Azərbaycana qəfil artan maraq: Japarov Bakıya niyə gəldi?

Qırğızıstan Özbəkistan və Qazaxıstan qədər imkanlı dövlət olmasa da, Astana və Daşkənd kimi Qarabağda əlini daşın altına qoymağa qərar verib.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Qırğızıstanın Azərbaycana artan marağına diqqət çəkib:

“Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri iki ölkə arasındakı əməkdaşlıq və türk dövlətləri arasındakı interqasiyaya töhfə verəcək. Bundan əvvəl Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bişkekə səfər edərək, Qırğızıstan prezidenti ilə görüşmüşdü.

Türk inteqrasiyasının nüvəsini Türkiyə-Azərbaycan ittifaqı təşkil edir. Qazaxıstan və Özbəkistanın türk ittifaqına marağı artıb. Bişkek və Daşkənd Moskva və Pekinlə sıx münasibətlərə malik olsalar da, xarici və təhlükəsizlik siyasətini şaxələndirməyin doğru olduğu qənaətindədir. Qırğızıstan da bu prosesdə geri qalmaq istəmir.

Qırğızıstan Özbəkistan və Qazaxıstan qədər imkanlı dövlət olmasa da, Bişkək Astana və Daşkənd kimi Qarabağda əlini daşın altına qoymağa qərar verib, Ağdamın Xıdırlı kəndində məktəb binasının tikintisini həyata keçirəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
54
1
Mənbələr
Şərh ()
Bağla