AZ

Zurabişvili polisə "Molotov kokteyli" atan etirazçını əfv edib

Gürcüstan Prezidenti Salome Zurabişvili ötən ilin martında Tbilisidə parlament binası qarşısında "Xarici agentlər haqqında" qanun layihəsi əleyhinə keçirilən etiraz aksiyaları zamanı saxlanılmış 23 yaşlı Lazare Qriqoriadisi əfv edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin administrasiyası yayıb.
Qeyd edək ki, Tbilisi Şəhər Məhkəməsi aprelin 12-də etirazçıya polis əməkdaşının sağlamlığına zərər vurma və dövlət əmlakını zədələmə ittihamları ilə 9 il həbs cəzası verib. O, 2023-cü ilin 7-9 mart tarixlərində baş vermiş etirazlar zamanı polisə “Molotov kokteyli” atmaqda, həmçinin polis maşınına od vurmaqda ittiham edilib. Hakim Zviad Şaraşadze onu hər iki ittiham üzrə müqəssir hesab edib.


Gürcüstanın hökumət rəsmiləri, həmçinin qanun layihəsinin təşəbbüskarı olan hakim "Gürcü Arzusu" partiyası əfv qərarına qarşı olduğunu bəyan edib.
Lazare Qriqoriadis mart hadisələri ilə əlaqədar saxlanıldıqdan sonra həbs edilmiş yeganə etirazçı olub.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla