AZ

Rusiya Ukraynaya verilən uzaqmənzilli raketlərə hücum edəcək?

Rusiya Prezidenti Vladimir Putinin elan etdiyi Ukraynada uzaqmənzilli raketlərdən qorunmaq üçün “sanitariya zonası” yaradılması konsepsiyasına sadiqdir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə təsdiqləyib.

“Bununla bağlı heç nə dəyişmir”, - o, müvafiq suala cavab verib.

Kreml nümayəndəsi əlavə edib ki, Ukraynaya verilən uzaqmənzilli raket silahlara və onların cəmləşdiyi yerlərə mümkün hücumlarla mübarizə məsələsi daha ​​çox silahlı qüvvələrin səlahiyyətindədir.

“Bizim bu məsələ ilə bağlı heç nə demək səlahiyyətimiz yoxdur”, – Peskov bildirib.

T.İSMAYIL

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla