AZ

Erməni katalikosu: “Ayıq olun, Azərbaycan yeni bölgələr ələ keçirəcək”

“Bu gün Türkiyənin qeyd-şərtsiz dəstəyindən istifadə edən Azərbaycan Ermənistanın bütövlüyünü şübhə altına alan və onun təhlükəsizliyini pozan tələblər irəli sürür. Bakı Ermənistanın yeni bölgələrini ələ keçirir, hədələyir, beynəlxalq hüquq prinsiplərinə, imzaladığı müqavilələrə məhəl qoymur. Türkiyə isə öz növbəsində, Ermənistan Konstitusiyasında millətimizin və vətənimizin fundamental dəyərlərinə və ideallarına aid maddələrin silinməsini və erməni soyqırımının tanınması cəhdinə son qoyulmasını tələb edir”.

KONKRET.az xəbər verir ki, bu sərsəm sözləri erməni katalikosu Aram bildirib.

Böyük Kilikiya Evinin Katolikosunun paytaxtı Antiliasda etdiyi çıxışda o, sarsaq fikirlərini belə əsaslandırıb:

“Erməni xalqını yeni panturanist federasiyalar qarşısında ayıq qalmağa çağırıram. Onların məqsədi Ermənistanın varlığını təhlükə altına salmaqdır. Biz regionda hərtərəfli sülhün bərqərar olması üçün aparılan danışıqlara, birtərəfli güzəştlərə və Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhlükə yaradan məcburi məskunlaşmalara kəskin şəkildə etirazımızı bildiririk”.

Katolikos Aram vurğulayıb ki, ədalətin bərpası və beynəlxalq hüququn aliliyi tələb olunmalıdır. “Biz hər cür kompromislərə “yox” deyib, qan bahasına da olsa tarix yaratdıq, vətənimizi qoruduq, mədəniyyət yaratdıq. Ona görə də ayıq olun, erməni xalqı, Türkiyə və Azərbaycan Qafqaz daxilində yeni ümumTuran ittifaqı yaratmaqla Ermənistanı öz halqasında boğmağa çalışır”.

Natiq Səlim,

KONKRET.az

Seçilən
51
50
Mənbələr
Şərh ()
Bağla